Yuxarı
    Bağlamaq

    SOCAR Ukraynada AES-i yanacaqla təmin edib

    Şirkət ictimai hərracdakı müvafiq tenderi bu ilin yanvar ayında qazanıb

    Kiyev. 9 fevral. REPORT.AZ/ SOCAR Şirkətlər Qrupunun Ukraynadakı fəaliyyəti dövründə ilk dəfə "SOCAR" Ticarət evi Enerqodar şəhərində yerləşən Zaporojye atom elektrik stansiyasına (AES) yanacaq tədarükünü həyata keçirib.

    "Report"un Ukrayna bürosunun verdiyi məlumata görə, şirkət açıq hərracdakı müvafiq tenderi bu ilin yanvar ayında qazanıb.

    Yanvarın 23-də imzalanmış müqaviləyə əsasən, AES-ə 113 ton həcmində dizel yanacağı tədarükü təmin edilib. Proses yanvarın 25-26-da reallaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi