SOCAR Ukrayna Müdafiə Nazirliyinə 1100 ton təyyarə yanacağı tədarük edəcək

SOCAR Ukrayna Müdafiə Nazirliyinə 1100 ton təyyarə yanacağı tədarük edəcək Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Ukraine” Ticarət Evi bu ölkənin Müdafiə Nazirliyinin 4 min ton təyyarə yanacağının alınması ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub.
Energetika
22 Noyabr , 2018 15:21
SOCAR Ukrayna Müdafiə Nazirliyinə 1100 ton təyyarə yanacağı tədarük edəcək

Bakı. 22 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Ukraine” Ticarət Evi bu ölkənin Müdafiə Nazirliyinin 4 min ton təyyarə yanacağının alınması ilə bağlı elan etdiyi tenderin qaliblərindən biri olub.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, hərracda, ümumilikdə, 4 şirkət iştirak edib.

SOCAR Ukraynanın Müdafiə Nazirliyinə 1 100 ton təyyarə yanacağı tədarük edəcək. Tədarükün son tarixi bu ilin dekabrın 17-dir.  

Son xəbərlər

Orphus sistemi