“SOCAR Ukraine” şirkəti Ukraynaya 2 min ton təyyarə yanacağı idxal edib

“SOCAR Ukraine” şirkəti Ukraynaya 2 min ton təyyarə yanacağı idxal edib Ukrayna təyyarə yanacağı idxalını 5 dəfədən çox artırıb
Energetika
24 Aprel , 2017 13:23
“SOCAR Ukraine” şirkəti Ukraynaya 2 min ton təyyarə yanacağı idxal edib

Bakı. 24 aprel. REPORT.AZ/ Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə qurumu - “SOCAR Ukraine” şirkəti bu ölkəyə 2 min ton həcmində təyyarə yanacağı idxal edib.

“Report” “OilNews”a istinadən xəbər verir ki, bu barədə “A-95 Konsaltinq qrupu" şirkəti araşdırmalarına əsasən məlumat yayıb.

Ümumilikdə, hesabat dövründə Ukraynanın təyyarə yanacağı idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 dəfə artaraq 73 min ton olub.

Hesabat rübündə Ukraynaya İtaliyadan 33 min ton, Səudiyyə Ərəbistanından 12 min ton təyyarə yanacağı idxal olunub. Hesabat dövründə “Avqust Prom” şirkəti Ukraynaya 10 min ton təyyarə yanacağı idxal edib.

“Coral Energy” bu ilin fevralında Ukraynaya 20 min ton həcmində Səudiyyə Ərəbistanı istehsalı olan “jet A-1” markalı aviayanacaq nəql edib.

Hesabat dövründə Litvadan Ukraynaya dəmiryolu vasitəsilə 19,3 min ton təyyarə yanacağı göndərilib. “Baltic Ground Services” şirkəti üçün 9 min ton, WOG üçün 5 min ton, “Borispol” üçün 3 min ton, “SOCAR Ukraine” və “Ukraviaservis” şirkətlərinin hər biri üçün 0,5 min ton nəql edilib. Eyni zamanda, yanvar-mart aylarında Belarus təyyarə yanacağının dəmiryolu ilə nəqli 1,7 min ton təşkil edib.

Hesabat dövründə Kremençuq Neft Emalı Zavodundan daşınma isə ötən ilki göstəricisinə yaxın - 33 min ton olub.

Son xəbərlər

Orphus sistemi