"SOCAR Ukraine" akademik Zərifə Əliyevanın xatirəsini yad edib

"SOCAR Ukraine" akademik Zərifə Əliyevanın xatirəsini yad edib Bakı. 18 aprel. REPORT.AZ/ SOCAR Ukraine şirkətinin top menecmenti və orta səviyyəli rəhbərləri dünya şöhrətli alim, oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad ediblər.
Energetika
18 Aprel , 2018 15:38
SOCAR Ukraine akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bakı. 18 aprel. REPORT.AZ/ "SOCAR Ukraine" şirkətinin top menecmenti və orta səviyyəli rəhbərləri dünya şöhrətli alim, oftalmoloq, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad ediblər.

"Report" xəbər verir ki, tədbir İrpen şəhərində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva adına Dostluq Parkında keçirilib.

Tədbir iştirakçıları parkda yerləşən Zərifə Əliyevanın abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Mərasimdə çıxış edən "SOCAR Energy Ukraine" şirkətinin baş direktoru Elçin Məmmədov hər bir dövlətin tarixində milli özünüdərkin təcəssümü, gələcək nəsillər üçün əsl nümunə olan şəxslərin olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqının yaddaşında Zərifə xanım Əliyeva məhz belə - ideal həkim və alim, qayğıkeş ana və sədaqətli həyat yoldaşı, gözəl insan kimi qalıb.

Qeyd edək ki, beş il bundan əvvəl SOCAR-ın Ukraynadakı nümayəndəliyi sosial məsuliyyət proqramı çərçivəsində şəhər parkının yenidənqurulmasını maliyyələşdirib, nəticədə park yerli sakinlər arasında ən sevilən və sıx-sıx gəlinən yerə çevrilib.

Son xəbərlər

Orphus sistemi