“SOCAR Ukraine” 15,6 min ton təyyarə yanacağı idxal edib

“SOCAR Ukraine” 15,6 min ton təyyarə yanacağı idxal edib SOCAR-ın idxal etdiyi təyyarə yanacağının 11 min tonu Səudiyyə Ərəbistanından, 4,6 min tonu Litvadan alınıb
Energetika
27 İyul , 2017 16:39
“SOCAR Ukraine” 15,6 min ton təyyarə yanacağı idxal edib

Bakı. 27 iyul. REPORT.AZ/ Bu ilin I yarısında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə qurumu - “SOCAR Ukraine” şirkəti bu ölkəyə 15,6 min ton təyyarə yanacağı idxal edib.

“Report” “OilNews”a istinadən xəbər verir ki, bu barədə “A-95 Konsaltinq qrupu" şirkəti araşdırmalarına əsasən məlumat yayıb.

SOCAR-ın idxal etdiyi təyyarə yanacağının 11 min tonu Səudiyyə Ərəbistanından, 4,6 min tonu Litvadan alınıb.

Ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində Ukraynanın təyyarə yanacağı idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,72 dəfə artaraq 157 min ton təşkil edib. Təyyarə yanacağının 72%-i dəniz yolu ilə nəql olunub. Məhsul əsasən Səudiyyə Ərəbistanı və İtaliyadan alınıb. Belə ki, İtaliyadan 54,9 min ton, Səudiyyə Ərəbistanından 51,4 min ton, İsraildən 6 min ton, Yunanıstandan 0,8 min ton təyyarə yanacağı idxal edilib. İlin ilk yarısında Litvadan Ukraynaya dəmiryolu ilə 40,1 min ton təyyarə yanacağı gətirilib. Bununla yanaşı, hesabat dövründə 4 min ton Belarus təyyarə yanacağı dəmiryolu ilə nəql olunub.

Hesabat dövründə Kremençuq Neft Emalı Zavodundan daşınma isə 9% artaraq 75 min ton olub.

Son xəbərlər

Orphus sistemi