“SOCAR Türkiyə” məşhur texnologiya şirkəti ilə əməkdaşlıq protokolu imzalayıb

Energetika
  • 05 iyun, 2023
  • 12:15
“SOCAR Türkiyə” məşhur texnologiya şirkəti ilə əməkdaşlıq protokolu imzalayıb

Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəməsi və aparıcı birbaşa xarici investorlardan biri olan “SOCAR Türkiyə” şirkəti dünyaca məşhur “Honeywell” texnologiya şirkəti ilə əməkdaşlıq protokolu imzalayıb.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, əməkdaşlıq protokolunun imzalanma mərasimində “SOCAR Türkiyə” şirkətinin Strategiya şöbəsinin rəhbəri Kənan Mirzəyev və “Honeywell”in Türkiyə, İsrail və Mərkəzi Asiya üzrə regional prezidenti Uyqar Doyuran iştirak ediblər.

Əməkdaşlıq protokolu çərçivəsində iki şirkət karbon emissiyalarının monitorinqi və idarə edilməsi, enerji səmərəliliyi, davamlı aviasiya yanacaqları (SAF) və qabaqcıl plastik təkrar emalı kimi məsələlər üzrə davamlılıq layihələri hazırlayacaq.

Məlumata görə, bu layihələrə sənaye obyektlərində qaz sızmalarını tez aşkar edən, idarə edən və azaldan texnologiyalar və məhsuldarlığa təsir etmədən enerji intensivliyini azaltmağa kömək edə bilən əməliyyat məlumatlarını səmərəliliyə əsaslanan anlayışlara çevirən rəqəmsallaşdırma həlləri daxildir.

İki şirkət dəyər zəncirində “SOCAR Türkiyə”nin neft-kimya və logistika imkanlarından istifadə edərək “Honeywell” texnologiyasından istifadə edərək davamlı aviasiya yanacağı istehsalını və tullantı plastiklərin qabaqcıl kimyəvi təkrar emalının təmin edilməsi üçün birlikdə çalışacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti