SOCAR Türkiyə ilə Kipr sahillərində kəşfiyyat işlərinin aparılmasına dair razılaşma haqqında məlumatları təkzib edib

SOCAR Türkiyə ilə Kipr sahillərində kəşfiyyat işlərinin aparılmasına dair razılaşma haqqında məlumatları təkzib edib SOCAR-ın Kipr sahillərində karbohidrogen yataqlarının aşkar olunması üzrə kəşfiyyat işlərinin aparılması haqqında heç bir razılaşması yoxdur
Energetika
4 Noyabr , 2014 14:01
SOCAR Türkiyə ilə Kipr sahillərində kəşfiyyat işlərinin aparılmasına dair razılaşma haqqında məlumatları təkzib edib
Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kipr sahillərində karbohidrogen yataqlarının aşkar olunması üzrə kəşfiyyat işlərinin aparılması haqqında Türkiyə ilə heç bir razılaşması yoxdur. Bu barədə "Report"a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

"SOCAR heç zaman qeyd olunan regionda bu kimi işlər aparmayıb və hazırda heç bir iş icra olunmur", - deyə şirkətin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bir müddət əvvəl Yunanıstan KİV-də SOCAR-ın Türkiyə ilə birgə Kipr sahillərində kəşfiyyat işlərini aparımaq niyyətində olduğuna dair məlumat yayılıb.

Son xəbərlər

Orphus sistemi