"SOCAR Türkiyə" beynəlxalq “STEVIE” mükafatına layiq görülüb

"SOCAR Türkiyə" beynəlxalq “STEVIE” mükafatına layiq görülüb Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" dünyanın nüfuzlu “2023 - Beynəlxalq Biznes Müsabiqəsi”nin (International Business Awards) qalibi elan olunaraq “STEVIE” Mükafatına layiq görülüb.
Energetika
18 Avqust , 2023 18:41
SOCAR Türkiyə beynəlxalq “STEVIE” mükafatına layiq görülüb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" dünyanın nüfuzlu “2023 - Beynəlxalq Biznes Müsabiqəsi”nin (International Business Awards) qalibi elan olunaraq “STEVIE” Mükafatına layiq görülüb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, “SOCAR Türkiyə” “Çevik İş Modeli” tətbiqinə görə “STEVIE Awards”ın “İlin şirkəti” kateqoriyasında “Gümüş STEVIE” mükafatına layiq görülüb.

Qeyd edək ki, “STEVIE Awards” şirkətlərin korporativ performanslarının və innovativ təcrübələrinin qiymətləndirildiyi beynəlxalq mükafat platformasıdır. Platformaya 61 ölkədən 3 700-dən çox şirkət müraciət edib.

Mükafat 2023-cü ilin oktyabr ayında Avropada təşkil edilən mərasimdə təqdim ediləcək. Bu ilki müsabiqə “Satış”, “Müştəri xidməti və əlaqə mərkəzi”, “Yeni məhsul və xidmət”, “Həll yolları təchizatçısı” və “Biznesin inkişafı” nominasiyaları üzdə keçirilib.

Qeyd edək ki, “American Business Awards” mükafatının ilk təqdimatı 2002-ci ildə keçirilib. 2003-cü ildə isə “International Business Awards” təqdim edilib.

Dünya işgüzar aləmində mötəbər mükafatlardan biri olan “STEVIE” Beynəlxalq Biznes Mükafatlarının sahibləri 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində seçilir.

ABŞ-da fəaliyyət göstərən “STEVIE Awards” təşkilatı tərəfindən keçirilən müsabiqənin missiyası nümunəvi təşkilatların profilinin yüksəldilməsi, mətbuat, işgüzar aləm və geniş ictimaiyyət arasında fərqlənən fərdlərin fəaliyyətinin qiymətləndirilməsidir. Məqsədi isə dünyanın müxtəlif ölkələrində uğur qazanmış şirkətlərin tanıdılmasıdır.

Son xəbərlər

Orphus sistemi