Bakı. 9 dekabr. REPORT.AZ/ Neftin qiymətinin ortamüddətli və uzunmüddətli perspektivdə 70 dollardan aşağı düşməsi Türkiyəyə mənfi təsir göstərəcək. "Report" "Döviz Qazetesi"nə istinadən xəbər verir ki, bu barədə "SOCAR Turkey Energy" şirkətinin rəhbəri Kənan Yavuz bildirib.
Onun sözlərinə görə, neftin ən münasib qiyməti 70-80 dollar/barel həddində olmalıdır, lakin neftin qiymətinin ortamüddətli və uzunmüddətli perspektivdə 70 dollardan aşağı düşməsi ilk növbədə Türkiyənin ixracına təsir edəcək.
K.Yavuz həmçinin Türkiyənin Avropa İttifaqının Gömrük İttifaqında üzvlüyü haqqında fikirlərini də bölüşüb: "Bu ittifaq Türkiyə iqtisadiyyatına zərər vurur. Türkiyə Aİ Gömrük İttifaqında üzvlük məsələsini bir daha nəzərdən keçirməlidir, çünki Ankaranın buna artıq ehtiyacı yoxdur".