Yuxarı

“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub

“SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub
“SOCAR Trading”in icraçı sədri Ədnan Əhmədzadə

Bakı. 31 may. REPORT.AZ/ “SOCAR Trading”in rəhbərliyində dəyişiklik olub. 

“Report”un Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) əldə etdiyi məlumata görə, Ədnan Əhmədzadə “SOCAR Trading”in icraçı sədri təyin edilib.

Ə.Əhmədzadə buna qədər “SOCAR Trading”in İdarə Heyətinin üzvü idi və uzun illər şirkətin idarə olunmasında aktiv iştirak edirdi. 

Məlumata görə, Emil Bayramlı “SOCAR Trading”in maliyyə direktoru, Məryəm Almaszadə isə şirkətin İcraçı Direktoru təyin edilib. 

Qeyd olunub ki, Arzu Əzimov "SOCAR Trading"də fəaliyyətini davam etdirir və onun yeni vəzifəsi yaxın vaxtlarda elan ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi