“SOCAR Trading” bundan sonra da Rusiya neftini almaq niyyətindədir

“SOCAR Trading” bundan sonra da Rusiya neftini almaq niyyətindədir Bakı. 27 sentyabr. REPORT.AZ/ “SOCAR Trading” şirkəti Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) vasitəsilə beynəlxalq bazara çıxarmaq üçün Rusiyanın Korçagin adına yatağından neft alınmasını davam etdirmək barədə danışıqlar aparır.
Energetika
27 sentyabr 2018 16:46
“SOCAR Trading” bundan sonra da Rusiya neftini almaq niyyətindədir

Bakı. 27 sentyabr. REPORT.AZ/ “SOCAR Trading” şirkəti Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri (BTC) vasitəsilə beynəlxalq bazara çıxarmaq üçün Rusiyanın Korçagin adına yatağından neft alınmasını davam etdirmək barədə danışıqlar aparır".

“Report” xəbər verir ki, bunu “SOCAR Trading” şirkətinin icraçı sədri Ədnan Əhmədzadə IX Azərbaycan-Rusiya Regionlararası Forumu kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.

“Korçagin adına yataqdan Rusiya nefti Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri vasitəsilə artıq beş ildir ixrac edilir. Hər il 2 milyon tona yaxın neft nəql olunur. İndi sazişin müddəti başa çatır və onun uzadılması barədə danışıqlar aparırıq”, - Ə.Əhmədzadə vurğulayıb.

Qeyd edək ki, Xəzərin şimal hissəsində yerləşən Yuri Korçagin adına yatağın operatoru “LUKoil” şirkətidir. Həmin şirkətin saytındakı məlumata əsasən, 2010-cu ildən etibarən hasilatın getdiyi sözügedən yatağın 3P dərəcəli ehtiyatları neft ekvivalenti ilə 270 milyon bareldən artıqdır.

Orphus sistemi