SOCAR "STAR" zavodunu 10 mln. ton xam neftlə təchiz etməyi öz üzərinə götürüb

SOCAR "STAR" zavodunu 10 mln. ton xam neftlə təchiz etməyi öz üzərinə götürüb Türkiyədə tikilən "STAR" neft emalı zavodu üçün "neft səbəti" həm ağır, həm də yüngül sort neftdən ibarət olacaq
Energetika
12 Oktyabr , 2017 13:36
SOCAR STAR zavodunu 10 mln. ton xam neftlə təchiz etməyi öz üzərinə götürüb
SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəhbəri Ədnan Əhmədzadə / Report/ Firi Salim

Bakı. 12 oktyabr. REPORT.AZ/ Türkiyədə tikilən "STAR" zavodu üçün "neft səbəti" həm ağır, həm də yüngül sort neftdən ibarət olacaq.

"Report" xəbər verir ki, bu barədə SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəhbəri Ədnan Əhmədzadə SOCAR-ın Türkiyədə tikilməkdə olan "STAR" neft emalı zavodunun xammal ilə təchizatı məsələsini şərh edərkən bildirib.

"SOCAR müqavilə bağlayıb və üzərinə öhdəlik götürüb. Layihə üçün kredit ayıran bütün maliyyə və bank institutları qarşısındakı öhdəliklərə əsasən, SOCAR bu zavoda 10 mln. ton xam neft tədarük etməyi öz üzərinə götürüb", - deyə Ə.Əhmədzadə vurğulayıb.

Onun sözlərinə görə, "neft səbəti" kifayət qədər geniş olacaq: həm ağır, həm də yüngül sort neft tədarükü planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi