SOCAR şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb

SOCAR şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb Şirkət korporativ idarəetmə prinsiplərinin tətbiqi istiqamətində beyəlxalq təcrübədən yararlanır
Energetika
22 Sentyabr , 2017 12:36
SOCAR şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb
Report

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yüksək işgüzar nüfuzuna mənfi təsir edəcək, onun bazardakı mövqeyini zəiflədəcək halların önünə keçmək üçün şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb.

"Report"un verdiyi xəbərə görə, bu barədə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib. 

"Şirkət korrupsiya ilə mübarizə fəaliyyətinin artırılması üzrə standartlar hazırlayaraq tətbiq edib. Hər bir standartda şəffaflığın artırılması əsas götürülməklə korrupsiya ilə mübarizə, bu halların minimuma endirilməsi və digər müxtəlif məqamları əks olunub", - deyə o, qeyd edib. 

S.Qasımovun sözlərinə görə, SOCAR korporativ idarəetmə prinsiplərinin tətbiqi istiqamətində beynəlxalq təcrübədən yararlanır: "Bu prinsiplər əsasən SOCAR-ın idarəetmə orqanlarının vəzifə və səlahiyyətlərini müəyyən etməklə fəaliyyətindəki effektliyin artırılmasına, aparılan əməliyyatların şəffaflığının təmin olunmasına şərait yaradıb. Həmin prinsiplər həm də idaeətmənin qabaqcıl təcrübəyə uyğunlaşdırılması, fəaliyyətin səmərəliliyinin artırılması, dövlətin və digər maraqlı tərəflərin mənafelərinin qorunmasını təmin edib. İdarəetmə 4 əsas prinsip üzərində qurulub: ədalətlilik, şəffaflıq, hesabatlılıq və məsuliyyət".

SOCAR-ın vitse-prezidenti həmçinin deyib ki, şəffaflıq prinsipi şirkətin fəaliyyəti ilə bağlı məlumatların ictimaiyyətlə paylaşılmasını, biznes fəaliyyətinin vacib göstəricisi olan maliyyə hesabatlarının şirkətin bütün fəaliyyətinin real göstəricilərini əks etdirəcək formada hazırlamasını tələb edir.

Son xəbərlər

Orphus sistemi