Yuxarı
    Bağlamaq

    SOCAR Rumıniyada 38-ci yanacaqdoldurma məntəqəsini istifadəyə verəcək

    Elektriklə işləyən avtomobillər üçün məntəqədə şarj da quraşdırılıb© Report.az

    Buxarest. 5 iyul REPORT.AZ/ Yaxın günlərdə SOCAR Rumıniyada növbəti yanacaqdoldurma məntəqəsini müştərilərin ixtiyarına verəcək. Bu barədə “Report”un Şərqi Avropa bürosuna SOCAR-ın Rumıniyadakı “SOCAR Petroleum SA” şirkətindən məlumat verilib. 

    "Ghiroda" məntəqəsi Rumıniyanın qərbində yerləşən Timiş rayonunda, ölkəni Macarıstanla birləşdirən magistral yolun üzərindədir. 

    Benzin, dizel və LPG (mayeləşdirilmiş neft qazı) kimi yanacaq məhsullarının satışı həyata keçiriləcək məntəqədə 3 sayğac quraşdırılıb, bununla da 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iri tutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. 

    Elektriklə işləyən avtomobillər üçün məntəqədə şarj da quraşdırlıb. Qeyd edək ki, Rumıniya üzrə ilk dəfə olaraq məhz “SOCAR” məntəqələrində elektromobillərin enerji ilə təminatı həyata keçirilir. 

    Müştərilərə YDM ərzasindəki "Nar" kafedə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur. 

    Xatırladaq ki, bu, Timiş regionunda istifadəyə veriləcək sayca ikinci yanacaqdoldurma məntəqəsidir. Ümumilikdə isə SOCAR Rumıniyanın 18 rayonunda YDM şəbəkəsinə malikdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi