SOCAR Rumıniyada 37-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib

SOCAR Rumıniyada 37-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib “SOCAR Petroleum SA” Rumıniyanın 42 rayonunun 18-də YDM məntəqəsinə malikdir
Energetika
8 İyun , 2017 16:28
SOCAR Rumıniyada 37-cı yanacaqdoldurma məntəqəsini istifadəyə verib
Socar.az

Buxarest. 8 iyun. REPORT.AZ/ Rumıniyanın turizim mərkəzlərindən biri olan Braşov şəhərində “SOCAR” brendi altında ilk yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. 

“Report”un Şərqi Avropa bürosunun verdiyi məlumata görə, şəhərin Harmanului küç. 52 ünvanında yerləşən məntəqədə 3 sayğac quraşdırılıb və NANO Dizel və NANO Super Dizel, NANO 95 və NANO 98 (benzin) tipli yanacaq məhsullarının satışı həyata keçirilir. Braşov məntəqəsində “Nar” kafe də fəaliyyət göstərir. Burada ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur. YDM-in istifadəyə verilməsi ilə Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 37-i olub. 

Xatırladaq ki, 2011-ci ildə Rumıniyanın enerji bazarına daxil olan SOCAR-ın “SOCAR Petroleum SA” törəmə şirkəti bu ölkənin 42 rayonunun 18-də YDM məntəqəsinə malikdir. 

Son xəbərlər

Orphus sistemi