SOCAR: Qəza zamanı ölüm hadisəsi baş verməyib - ƏLAVƏ OLUNUB

SOCAR: Qəza zamanı ölüm hadisəsi baş verməyib - ƏLAVƏ OLUNUB İlk xəbər saat 10:41-də verilib
Energetika
3 Noyabr , 2017 11:14
SOCAR: Qəza zamanı ölüm hadisəsi baş verməyib - ƏLAVƏ OLUNUB
Report

İlk xəbər saat 10:41-də verilib

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda istehsalat qəzası baş verib. Hadisə zamanı 2 nəfər qazma köməkçisi iş prosesində xəsarət alıb, ölüm hadisəsi olmayıb.

Bu barədə “Report”a SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bu gün KİV-də Qaradağ rayonu ərazisində yerləşən “Azneft” İstehsalat Birliyinin buruğunda ölüm hadisəsi ilə nəticələnən faciə ilə bağlı yayılan məlumatı şərh edərkən bildirib.

N.Quliyev bildirib ki, yaralılar təcili xəstəxanaya çatdırılıblar: "Onlardan biri artıq ambulator müalicə alır, digərinin müayinəsi davam edir".

***

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda baş vermiş istehsalat qəzası zamanı xəsarət alımış neftçilərin adları açıqlanıb. Bunlar Trestin “Qaradağ-Qalmaz” İstehsalat Bölümünün qazmaçı köməkçiləri 1965-ci il təvəllüdlü Gözəlov Fikrət Alıkişi oğluna və 1964-cü il təvəllüdlü Ədilov Cavad Əlibala oğludur. 

Quyuda qazma prosesi zamanı qəbul meydançasından köməkçi bucurqad vasitəsilə yuxarı işçi meydançaya qaldırılan borulardan biri yırğalanıb və onlar xəsarət alıblar. Hazırda neftçilərin vəziyyəti qənaətbəxşdir. Onlar xəstəxanada müalicə alırlar. 

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi