SOCAR qazma işlərinin həcmini artırıb

SOCAR qazma işlərinin həcmini artırıb Bu ilin əvvəlindən 52 yeni quyu mədənçilərə təhvil verilib
Energetika
2 Noyabr , 2016 11:34
SOCAR qazma işlərinin həcmini artırıb

Bakı.2 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 7 074 metr qazma işi həyata keçirilib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 6 469 metri istismara, 605 metri isə kəşfiyyata aid olub.

Ötən ay Şirkətin həyata keçirdiyi qazma işləri 2015-ci ilin oktyabr ayından 23% az olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-oktyabr aylarında SOCAR üzrə 93 657 metr qazma işi görülüb ki, bunun da 90 987 metri istismara, 2 670 metri isə kəşfiyyata aid olub.

Bu ilin 10 ayında qazma işləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artıb.

Bundan əlavə, oktyabr ayı ərzində qazmadan alınmış 6, ilin əvvəlindən isə 52 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi