SOCAR qaz hasilatının maya dəyərini cüzi azaldıb

Energetika
  • 06 dekabr, 2022
  • 10:22
SOCAR qaz hasilatının maya dəyərini cüzi azaldıb

2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) neftqazçıxarma idarələri üzrə 1 000 kubmetr qazın faktiki istehsal maya dəyəri 61,23 manat təşkil edib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın açıqladığı illik hesabatında deyilir.

Məlumata görə, bu, 2020-ci illə müqayisədə əhəmiyyətli dərəcədə dəyişməyib.

Bildirilirki, şirkət üzrə qaz hasilatına çəkilən cəmi xərclərin tərkibində material xərclərinin xüsusi çəkisi 3,7 %, əmək haqqı – 12,1 %, sosial sığorta fonduna ayırmalar – 2,7 %, amortizasiya ayırmaları – 20,8 %, əsas vəsaitlərin təmiri – 5,8 %, əsas vəsaitlərə texniki xidmət – 5,2 %, nəqliyyat xərcləri – 12,1 %, mədən vergisi – 18,6 % və s. təşkil edir.

Hesabatda deyilir ki, SOCAR üzrə qazın hasilatına çəkilən xərclərlə yanaşı, İstehsalat birliyinin digər xərcləri, qazın emalı, saxlanması, nəqli və “Azərkontrakt” ASC-dən alışına çəkilən xərclər nəzərə alınmaqla 2021-ci ildə SOCAR üzrə satılan 1 000 kubmetr qazın faktiki xərci 121,9 manat təşkil edib.

Hesabatda qeyd edilib ki, qazın maya dəyərinin azalması 2020-ci ilə nisbətən əmək haqqı xərclərinin, əsaslı təmir xərclərinin, nəqliyyat xərclərinin, mühafizə xərclərinin azalması hesabına baş verib. Belə ki, əmək haqqı xərcləri 2 milyon 851 min manat (6 %), əsaslı təmir xərcləri 6 milyon 860 min manat (24,3 %), nəqliyyat xərcləri 4 milyon 986 min manat (10 %), mühafizə xərcləri 1 milyon 629 min manat (22,5 %) azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti