SOCAR qaz hasilatını artırıb

SOCAR qaz hasilatını artırıb Yanvar-oktyabr aylarında 5,8 mlrd. kubmetr qaz hasil olunub
Energetika
24 Noyabr , 2015 12:31
SOCAR qaz hasilatını artırıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-oktyabr ayları ərzində 5 755,9 mln. kubmetr təbii qaz hasil edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, qaz hasilatı bu ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 5,5% azalıb.

Hesabat dövründə hasil olunan qazın 594,9 mln. kubmetri oktyabr ayının payına düşüb.

Oktyabrda isə qaz hasilatı ötən ilin oktyabr ayına nisbətən 3% artıb.

Qeyd edək ki, bu il SOCAR-a məxsus yataqlardan 6,5 mlrd. kubmetr qaz hasil edilməsi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi