Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (
"Report" xəbər verir ki, Mərkəz SOCAR və BMT-nin İnkişaf Proqramının (UNDP) birgə həyata keçirdiyi "Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyasının azaldılmasını təmin edən Milli Fəaliyyətlər Planı (NAMA) layihəsi çərçivəsində qrant hesabına tikilib.
Mərkəzin əsas funksiyası NAMA layihəsi çərçivəsində Qaradağ, Sumqayıt və Qala ərazilərində quraşdırılmış alternativ enerji mənbələrindən istehsal olunan enerjinin istifadəsinə nəzarət etməkdir.
SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə bildirib ki, bu mərkəz Xəzər regionunda yeganə mərkəzdir: "Buradakı monitor vasitəsilə onlayn şəkildə SOCAR-ın digər müəssisələri ilə əlaqə yaradırıq. Bu müəssisələrdəki enerji səmərəliliyi barədə məlumatlar bu mərkəzdə toplanır".