Bakı. 11 noyabr. REPORT. AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yunanıstana səfəri çərçivəsində bu ölkənin baş naziri Antonis Samarasla görüşüb.
"Report"un verdiyi məlumata görə, görüş zamanı TAP layihəsinin həyata keçirilməsi və Yunanıstan Milli Qazpaylayıcı Şəbəkəsinin operatoru olan DESFA şirkətinə məxsus səhmlərin 66%-nin ARDNŞ tərəfindən alınması prosesinin tamamlanması ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər qeyd olunan layihələrin həyata keçirilməsi haqqında fikirlərini bölüşüblər.