Bakı. 28 avqust. REPORT.AZ/ Bu gün Salyan rayonunun Abad kəndinə yenidən təbii qazın verilişi münasibəti ilə tədbir keçirilib. "Report"un Azərbaycan Dövlət Neft Şirkətinin (
SOCAR prezidentinə məlumat verilib ki, Salyan rayonunun 673 abonenti olan Abad kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 87 km müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə qazın verilişini bildirən rəmzi məşəli alovlandıran R.Abdullayev bu əlamətdar hadisə münasibəti ilə kənd sakinlərini təbrik edib, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışıb.
R.Abdullayev respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.