​SOCAR prezidenti Kulevi neft terminalında görülən işlərlə tanış olub

​SOCAR prezidenti Kulevi neft terminalında görülən işlərlə tanış olub Şirkət prezidentinə burada görülən işlər barədə məlumat verilib
Energetika
9 İyun , 2016 10:54
​SOCAR prezidenti Kulevi neft terminalında görülən işlərlə tanış olub

Bakı. 9 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana rəsmi səfəri çərçivəsində Kulevi neft terminalına baş çəkib.

"Report" terminalın saytına istinadən xəbər verir ki, şirkət prezidentinə 5 və 6 nömrəli saxlama sahəsində hazırda aparılan tikinti işləri, həmçinin sahil mühafizə xətti barədə məlumat verilib.

Bildirilib ki, Qara dəniz terminalı sahil xəttinin vəziyyətini davamlı olaraq yoxlayır və mütəmadi müdafiə tədbirləri görülür. Sistemli monitorinq və müdafiə tədbirləri nəticəsində Qara dəniz sahillərində baş verən eroziya prosesləri minimuma endirilib və terminalın sahil xətti yaxşı vəziyyətdədir.

5 nömrəli neftsaxlama sahəsi ümumi həcmi 60 min kubmetr olan 6 rezervuardan ibarətdir. Təsisatın neft və neft məhsulları üzrə illik dövriyyəsi 1,5 mln. ton həcmində qiymətləndirilir.

6 nömrəli saxlama sahəsi isə ümumi həcmi 12 min kubmetr olan 5 rezervuardan ibarətdir. Rezervuarlardan ikisinin həcmi 3 min, üçünun həcmi isə 2 min kubmetrdir. Bu təsisat maye piroliz qətranı, izopropil spirti və sənaye neftinin saxlanması üçün nəzərdə tutulub.

Səfərin sonunda R.Abdullayev qeyd edib ki, bu layihələr Kulevi neft terminalının dünya neft bazarında daha önəmli oyunçulardan biri olmasına imkan yaradacaq.

Qeyd edək ki, Kulevi neft terminalı və limanı Gürcüstanın Xobi regionunda, Qara dəniz sahilində yerləşir. Terminal 2006-cı ildə SOCAR tərəfindən alınıb və 2008-ci ildə tikintisi başa çatdırılıb. Terminal 2008-ci il mayın 16-da istifadəyə verilib. Kulevi terminalı neft və neft məhsullarının qəbulu, saxlanması və tankerlərə yüklənməsi üçün nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi