SOCAR Əlcəzairin neft şirkəti ilə əməkdaşlığını yenidən nəzərdən keçirəcək

SOCAR Əlcəzairin neft şirkəti ilə əməkdaşlığını yenidən nəzərdən keçirəcək Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhak ilə görüşüb.
Energetika
14 Oktyabr , 2021 15:27
SOCAR Əlcəzairin neft şirkəti ilə əməkdaşlığını yenidən nəzərdən keçirəcək
Rövnəq Abdullayev

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Əlcəzairin Azərbaycandakı səfiri xanım Salima Abdelhak ilə görüşüb.

“Report” bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan və Əlcəzairin zəngin karbohidrogen ehtiyatlarına malik ölkələr olduğunu vurğulayan səfir son illər ölkəmizdə həyata keçirilən strateji əhəmiyyətli infrastruktur layihələrinin uğurlarını diqqətlə izlədiklərini bildirib, Cənub Qaz Dəhlizi layihəsinin son seqmenti olan TAP boru kəmərinin yekunlaşmasını xüsusi qeyd edib.

S.Abdelhak kəmərin istismara verilməsi ilə neftlə yanaşı Azərbaycan qazının da Avropaya nəqlinə start verildiyindən məmnunluq hissi ilə bəhs edib. O qeyd edib ki, Əlcəzair də Avropanın enerji təchizatında təcrübəli oyunçulardan biri olmaqla, müvafiq ixrac infrastrukturuna malikdir. Əlcəzair qazı boru kəmərləri vasitəsilə, eləcə də mayeləşdirilmiş (LNG) halda bazarlara daşınır. Səfir öz ölkəsinin “Sonatrach” şirkəti və SOCAR arasında əlaqələrin genişləndirilməsində, yeni əməkdaşlıq imkanlarının, o cümlədən, Avropa bazarında əməkdaşlıq imkanlarının araşdırılmasında maraqlı olduğunu söyləyib.

R.Abdullayev “Sonatrach” şirkətinin yeni rəhbərliyi ilə görüşməkdən məmnun olacağını bildirib, müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər olduğunu vurğulayıb. Görüşdə qlobal pandemiyanın sona yaxınlaşdığı da nəzərə alınaraq, “Sonatrach” şirkəti ilə SOCAR arasında əməkdaşlığın yenidən nəzərdən keçirilməsi razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi