Bakı. 9 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (
R.Abdullayev Azərbaycanla Əfqanıstan arasında əlaqələrin inkişaf etdiyini, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlərin araşdırıldığını deyib və belə görüşlərin ölkələr arasında münasibətlərin inkişafında mühüm rol oynadığını söyləyib.
Əfqanıstanlı nazir ölkəsini Azərbaycanla dərin tarixi və mədəni köklər birləşdirdiyini, son illərdə Azərbaycanın sürətli inkişafından bir dost ölkə olaraq qürur duyduqlarını qeyd edib, bu inkişafda neft-qaz sənayesinin rolunu vurğulayıb, ölkəmizin enerji sektorunun avanqardı olan SOCAR-ın artıq bütün dünyada uğurla fəaliyyət göstərən və sürətlə inkişaf edən bir şirkət, etibarlı tərəfdaş kimi tanındığını bildirib. Böyük neft və qaz potensialına malik olan Əfqanıstanın artıq bir neçə ildir ki, beynəlxalq şirkətlərlə əməkdaşlığa başladığını deyən qonaq bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini, Əfqanıstanın yeraltı sərvətlərinin işlənilməsi istiqamətində SOCAR ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb. O, bütün sahələrdə, xüsusilə neft və qaz sektorunda inkişaf etmiş Azərbaycan iqtisadiyyatının Əfqanıstan üçün uğurlu bir model ola biləcəyini qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.