“SOCAR Polymer” ixrac gəlirlərini 26% artırıb

Energetika
  • 29 aprel, 2022
  • 09:26
“SOCAR Polymer” ixrac gəlirlərini 26% artırıb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi “SOCAR Polymer” MMC 60,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın aprel sayında bildirilir.

Məlumata görə, bu, 2021-ci ilin eyni aylarının göstəricisi ilə müqayisədə 12,4 milyon ABŞ dolları və yaxud 25,7 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın ixracı 8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 727,2 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 225,6 milyon ABŞ dolları və ya 45% artıb.

"SOCAR Polymer"in illik istehsal gücü 184 min ton olan Polipropilen Zavodu var. Zavodun açılışı 18 iyun 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə olub. Həmin il oktyabrın 5-də polipropilenin ixracına başlanılıb.