"SOCAR Polymer"ın ilk qurğusu iyunda istismara veriləcək

"SOCAR Polymer"ın ilk qurğusu iyunda istismara veriləcək Bakı. 23 aprel. REPORT.AZ/ SOCAR Polymer layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan polipropilen istehsalı qurğusunun bu ilin iyun ayında, yüksək sıxlıqlı polietilen istehsalı qurğusunun isə ilin sonuna kimi istismara verilməsi gözlənilir.
Energetika
23 Aprel , 2018 13:57
SOCAR Polymerın ilk qurğusu iyunda istismara veriləcək
“SOCAR-Polymer” MMC-nin maliyyə direktoru Fuad Əhmədov / Report/ Firi Salim

Bakı. 23 aprel. REPORT.AZ/ "SOCAR Polymer" layihəsinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan polipropilen istehsalı qurğusunun bu ilin iyun ayında, yüksək sıxlıqlı polietilen istehsalı qurğusunun isə ilin sonuna kimi istismara verilməsi gözlənilir.

“Report” xəbər verir ki, bunu “SOCAR-Polymer” MMC-nin direktor müavini Fuad Əhmədov Bakıda keçirilən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ildə 180 min ton polipropilen istehsal edəcək qurğu üzrə işlərin 98,6%-i icra olunub: "Polipropilen qurğusunun detallı mühəndislik işləri 100%, satınalma 100%, tikinti işləri isə 96,7% yekunlaşıb. Qurğu bu ilin iyun ayında istismara veriləcək".

"SOCAR Polymer"in rəsmisi həmçinin bildirib ki, illik 120 min ton istehsal gücünə malik yüksək sıxlıqlı polietilen qurğusu üzrə işlərin 91,1%-i icra olunub: "Qurğunun mühəndislik işləri 99,8%, satınalma 99,9%, tikinti işləri isə 80,1% yerinə yetirilib. Yüksək sıxlıqlı polietilen qurğusunun bu ilin III rübündə istismara veriləcəyi gözlənilir".

F.Əhmədov Sumqayıt Kimya Sənayesi Parkında yerləşən zavodların geniş vergi güzəştləri, tam infrastruktur dəstəyi və digər güzəştlər əldə etdiyini və buna görə də 100 mln. dollara qənaət edildiyini bildirib.

Son xəbərlər

Orphus sistemi