“SOCAR Petroleum” ilə “Xaliq Faiqoğlu” əməkdaşlıq müqaviləsi imzalayıb

“SOCAR Petroleum” ilə “Xaliq Faiqoğlu” əməkdaşlıq müqaviləsi imzalayıb “Xaliq Faiqoğlu” şirkəti ilə ölkənin yeganə CNG yanacağı ilə təmin edən şəbəkə təchizatçısı olan “SOCAR Petroleum” QSC arasında müqavilə bağlanıb.
Energetika
29 İyun , 2019 10:41
“SOCAR Petroleum” ilə “Xaliq Faiqoğlu” əməkdaşlıq müqaviləsi imzalayıb

“Xaliq Faiqoğlu” şirkəti ilə ölkənin yeganə CNG yanacağı ilə təmin edən şəbəkə təchizatçısı olan “SOCAR Petroleum” QSC arasında müqavilə bağlanıb. 

Bu barədə “Report”a “SOCAR Petroleum” QSC-nin mətbuat xidmətindən məlumat verilib.

“SOCAR PETROLEUM”la əldə edilmiş razılaşmaya əsasən hazırda sınaqda olan nəqliyyat vasitəsi CNG yanacağı ilə təmin edilir. Yaxın gələcəkdə QSC tərəfindən şirkətə məxsus olan avtobus parkında nəqliyyat vasitələrinin CNG və dizel yanacağı ilə təmin edilməsi məqsədi ilə ən müasir tələblərə cavab verən yanacaqdoldurma məntəqəsinin quraşdırılması nəzərdə tutulub. Belə ki, inkişaf planına uyğun olaraq şirkətin avtobus parkının ərazisinin genişləndirilməsi, burada dizel və CNG ilə çalışan 300 avtobusun təlabatını təmin edəcək yanacaqdoldurma məntəqəsinin tikintisi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi