“SOCAR Petroleum” sıxılmış təbii qaz yanacağı barədə maarifləndirmə işlərinin aparılması üçün ETSN ilə əməkdaşlıq edəcək

“SOCAR Petroleum” sıxılmış təbii qaz yanacağı barədə maarifləndirmə işlərinin aparılması üçün ETSN ilə əməkdaşlıq edəcək “SOCAR Petroleum” QSC-nin nümayəndələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq şöbə əməkdaşları arasında görüş keçirilib.
Energetika
14 Dekabr , 2019 17:30
“SOCAR Petroleum” sıxılmış təbii qaz yanacağı barədə maarifləndirmə işlərinin aparılması üçün ETSN ilə əməkdaşlıq edəcək

SOCAR Petroleum” QSC-nin nümayəndələri ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) müvafiq şöbə əməkdaşları arasında görüş keçirilib.

“SOCAR Petroleum”dan “Report”a verilən məlumata görə, görüşdə sıxılmış təbii qaz (STQ) alternativ mühərrik yanacağının təbliği, istifadəsi və tətbiqi sahəsində baş tutacaq gələcək əməkdaşlığın əsas prinsiplərindən danışılıb. Mövcud avtomobil parkının, əsasən də ictimai nəqliyyatın böyük bir hissəsinin ölkənin ətraf mühitinə vurduğu zərər və bu halın qarşısının alınması istiqamətində ETSN ilə birgə layihələrin işlənib hazırlanması müzakirə olunub.

Ənənəvi mühərrik yanacağı ilə yanaşı, ekoloji cəhətdən təmiz sıxılmış təbii qaz yanacağının satışı üzrə ixtisaslaşmış “SOCAR Petroleum”un fəaliyyəti haqqında ETSN nümayəndələrinə ətraflı məlumat verilib. Vurğulanıb ki, istifadəsi zamanı ətraf mühitə daha az tullantı atılan STQ-nin ölkə üzrə geniş miqyasda yayılması və bu istiqamətdə zəruri tədbirlərin görülməsi dövlətimiz üçün prioritet istiqamətlərdən biridir.

Qeyd olunub ki, Azərbaycanın zəngin təbii qaz ehtiyatları var və “SOCAR Petroleum” bu yanacaqdan əldə edilən sıxılmış təbii qaz yanacağı barədə maarifləndirmə işlərinin aparılması sahəsində ETSN ilə birgə əməkdaşlıq etməkdə maraqlıdır.

Son xəbərlər

Orphus sistemi