"SOCAR Petroleum"da lotereya qalibləri ilə görüş keçirilib

"SOCAR Petroleum"da lotereya qalibləri ilə görüş keçirilib Qaliblərə keçiriləcək çempionatda iştirakla bağlı ətraflı məlumat verilib
Energetika
117
19 May , 2016 17:21
SOCAR Petroleumda lotereya qalibləri ilə görüş keçirilib

Bakı. 19 may. REPORT.AZ/ Fransada keçiriləcək "UEFA EURO 2016" çempionatında iştirak etmək üçün “SOCAR Petroleum” QSC-nin yanacaqdoldurma məntəqələrindən əldə olunmuş lotereyaların qalibləri - Ramin Fərəcov, Rza Abbasov, Əflatun Hüseynov, Yasin Nuriyev, Rəfail Nazirov ilə görüş keçirilib.

"Report" quruma istinadən xəbər verir ki, görüşdə “SOCAR Petroleum” QSC-nin baş direktorunun əməliyyat məsələləri üzrə müavini Mülayim Səfərov qalibləri salamlayaraq onları bu münasibətlə təbrik edib.

M.Səfərov “Yanacağı SOCAR-da doldur "UEFA EURO 2016"ya bilet qazan” devizi altında keçirilmiş kampaniyanın şəffaflığından söz açıb.

Daha sonra qaliblərə keçiriləcək çempionatda iştirakla bağlı ətraflı məlumat verilib və onlara uğurlar arzulanıb.