Yuxarı

SOCAR ötən il Ceyhan limanından 18 mln. tona yaxın xam neft ixrac edib

Ötən ay limandan 1, 852 mln. ton xam neft ixrac edilib

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ilin dekabr ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 852 764 ton xam neft ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2014-cü ilin dekabr ayından 15% azdır.

Ümumilikdə, ötən ilin yanvar-dekabr ayları ərzində Ceyhan limanından 17 931 459 ton xam neft ixrac edilib ki, bu da 2014-cü ilin göstəricisindən 12% azdır.

Qeyd edək ki, SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. Kəmər 2006-cı ildən istifadədir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi