SOCAR ötən il 728 min ton dizel yanacağı ixrac edib

SOCAR ötən il 728 min ton dizel yanacağı ixrac edib Təyyarə yanacağının ixracı 177,5 min ton təşkil edib
Energetika
5 Yanvar , 2017 13:07
SOCAR ötən il 728 min ton dizel yanacağı ixrac edib

Bakı. 5 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin dekabr ayında 52 203 ton dizel yanacağı, 3 471 ton təyyarə yanacağı ixrac edib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, ötən ilin dekabr ayında ixrac olunan dizel yanacağının həcmi 2015-ci ilin dekabr ayından 43%, təyyarə yanacağının həcmi isə 57% az olub.

Şirkət eyni zamanda 7 813 ton (9% az) yüksək təzyiqli polietilen, 12 369 ton maye piroliz qətranı (32% çox), 6 282 ton propilen (3 dəfədən çox), 605 ton (53% az) mütləqləşdirilmiş izopropil spirti və 4 580 ton (91% çox) butilen butadien fraksiyası ixrac edib.

Ümumilikdə, 2016-cı ilin yanvar-dekabr ayları ərzində 728 374 ton dizel yanacağı, 177 506 ton təyyarə yanacağı ixrac edilib. Dizel yanacağının həcmi 2015-ci ildən 24,6%, təyyarə yanacağının ixracı isə 25% az olub.

SOCAR ötən il ərzində 2 416 ton soba mazutu, 84 540 ton yüksək təzyiqli polietilen, 9 931 ton mütləqləşdirilmiş izopropil spirti, 69 946 ton maye piroliz qətranı, 43 837 ton propilen və 23 347 ton butilen butadien fraksiyası ixrac edib.

Ötən ilin dekabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 532,08 ABŞ dolları, təyyarə yanacağı - 493,10 dollar, dizel yanacağı - 467,91 dollar, 1% kükürdlü mazut - 306,56 dollar, yüksək təzyiqli polietilen - 1 190 dollar, butilen butadien fraksiyası - 575,29 dollar, maye piroliz qətranı - 532,08 dollar, propilen - 725 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti 900 avro təşkil edib.

Dekabr ayında dünya bazarında "Brent" markalı xam neftin 1 bareli 53,60 dollara, "Urals" nefti 52,69 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 54,92 dollara satılıb.

Son xəbərlər

Orphus sistemi