SOCAR ötən ay qazma işlərini 24% artırıb

SOCAR ötən ay qazma işlərini 24% artırıb Bu ilin 11 ayındakı şirkət üzrə qazma işlərinin həcmi ötən ilin müvafiq dövründən 3% çox olub
Energetika
14 Dekabr , 2016 17:39
SOCAR ötən ay qazma işlərini 24% artırıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bu ilin noyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6 706 metr qazma işi həyata keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ötən ay həyata keçirilən qazma işləri 2015-ci ilin müvafiq ayından 24% çox olub.

Ümumiyyətlə, 2016-cı ilin yanvar-noyabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 100 363 metr qazma işi görülüb ki, bunun da 97 693 metri istismara, 2 670 metri isə kəşfiyyata aid olub.

Bu ilin 11 ayındakı şirkət üzrə qazma işlərinin həcmi ötən ilin müvafiq dövründən 2,70% çoxdur.

Bundan əlavə, noyabr ayı ərzində qazmadan alınmış 5, ilin əvvəlindən isə 57 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi