SOCAR ötən ay proqnozdan artıq quyu qazıb

SOCAR ötən ay proqnozdan artıq quyu qazıb Bakı. 3 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 11 284 metr qazma işi həyata keçirib.
Energetika
3 Noyabr , 2017 11:00
SOCAR ötən ay proqnozdan artıq quyu qazıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 11 284 metr qazma işi həyata keçirib.

“Report” SOCAR-a istinadən xəbər verir ki, bunun 10 343 metri istismara, 941 metri isə kəşfiyyata aid olub.

2017-ci ilin yanvar-oktyabr aylarında 114 909 metr qazma işi görülüb ki, bunun da 106 593 metri istismara, 8316 metri isə kəşfiyyata aid olub.

Ötən ay proqnozlaşdırılan 7 quyuya qarşı faktiki olaraq 10 quyu qazmadan alınaraq mədənçilərə təhvil verilib. Quyulardan 2-si “Neft Daşları”, 2-si “Qərbi Abşeron”, 2-si “Pirallahı”, qalanları isə “Bulla-dəniz”, “Qaradağ”, “Səadan” və “Darvin bankası” yataqlarında qazılıb.


İlin əvvəlindən 66 quyuda qazma işləri uğurla başa çatdırılaraq təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi