Yuxarı

​SOCAR ötən ay Ceyhan limanından neft ixracını 6% artırıb

Bu ilin 9 ayında limandan 13,108 mln. ton xam neft ixrac edilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin sentyabr ayında Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 836 547 ton xam neft ixrac edib. "Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin sentyabr ayından 6,4% çox olub.

Bu ilin yanvar-sentyabr ayları ərzində isə Ceyhan limanından ümumilikdə 13 108 589 ton xam neft ixrac edilib ki, bu da ötən ilin müvafiq dövründən 16% azdır.

Qeyd edək ki, Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına nəql olunur. Bu limandan isə neft Aralıq dənizi vasitəsilə Avropa bazarına ixrac edilir. BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. barel neftdir. Kəmər 2006-ci ildən istifadədədir.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.                          

Qeyd edək ki, sentyabrda dünya bazarında "Brent" tipli xam neftin 1 bareli 47,61 dollara, "Urals" - 47,19 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 49,04 dollara satılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi