SOCAR ötən ay 15 min ton dizel yanacağı ixrac edib

SOCAR ötən ay 15 min ton dizel yanacağı ixrac edib Yanvar-avqust ayları ərzində dizel yanacağının ixracı 431 min ton olub
Energetika
1 Sentyabr , 2016 18:25
SOCAR ötən ay 15 min ton dizel yanacağı ixrac edib

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin avqust ayında 14 770 ton dizel yanacağı ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, ötən ay 9 931 ton təyyarə yanacağı, 118 ton soba mazutu, 1 216 ton yüksək təzyiqli polietilen, 573 ton mütləqləşdirilmiş izopropil spirti, 9 979 ton maye piroliz qətranı, 1 292 ton propilen və 1 050 ton butilen butadien fraksiyası ixrac edilib.

Ümumilikdə, 2016-cı ilin yanvar-avqust ayları ərzində 430 748 ton dizel yanacağı, 143 471 ton təyyarə yanacağı, 2 416 ton soba mazutu, 57 016 ton yüksək təzyiqli polietilen, 9 229 ton mütləqləşdirilmiş izopropil spirti, 45 195 ton maye piroliz qətranı, 29 463 ton propilen və 14 321 ton butilen butadien fraksiyası ixrac edilib.

Avqust ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 tonu) 463,74 ABŞ dolları, təyyarə yanacağı - 419,94 dollar/ton, dizel yanacağı 394,08 dollar/ton, 1% kükürdlü mazut 242,42 dollar/ton, yüksək təzyiqli polietilen 1 150 dollar/ton, butilen butadien fraksiyası 428,06 dollar/ton, maye piroliz qətranı 463,74 dollar/ton, propilen 690 avro/ton, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti isə 887 avro/ton təşkil edib.

Hesabat ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli 45,77 dollara, "Urals" nefti 44,35 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 47,40 dollara satılıb.

Son xəbərlər

Orphus sistemi