SOCAR oktyabrda neft hasilatını 4% artırıb

SOCAR oktyabrda neft hasilatını 4% artırıb Yanvar-oktyabr aylarında isə hasilat 6,3 mln. tonu üstələyib
Energetika
16 Noyabr , 2016 16:44
SOCAR oktyabrda neft hasilatını 4% artırıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə 6 317,1 min ton xam neft hasil olunub.

“Report”un SOCAR-ın statistikasına istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin 10 ayı ilə müqayisədə 8,6% azdır.

Bu ilin 10 ayında neft hasilatının 641,3 min tonu oktyabr ayının payına düşüb. Bu ilin oktyabr ayında SOCAR üzrə neft hasilatı ötən ilin müvafiq ayı ilə müqayisədə 7,7% azdır.

Ötən ay SOCAR üzrə neft hasilatı isə sentyabr ayı ilə müqayisədə 3,7% çoxdur.

Son xəbərlər

Orphus sistemi