SOCAR nümayəndə heyəti İranda səfərdə olub

SOCAR nümayəndə heyəti İranda səfərdə olub SOCAR-ın İranda həyata keçirilən həm onşor, həm də ofşor enerji layihələrində maraqlı olduğu bildirilib
Energetika
25 Yanvar , 2016 17:33
SOCAR nümayəndə heyəti İranda səfərdə olub

Bakı. 25 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub.

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti İran Milli Neft Şirkətinin prezidenti Roknəddin Cavadi ilə görüş keçirib.

Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər. İran üzərindən beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın geniş potensiala malik olduğu vurğulanıb, bunun ikitərəfli iqtisadi münasibətlərə güclü təkan verə biləcəyi qeyd olunub. SOCAR-ın İranda həyata keçirilən həm onşor, həm də ofşor enerji layihələrində maraqlı olduğu bildirilib, bu əməkdaşlığın həm yerli, həm də beynəlxalq enerji şirkətləri ilə birlikdə həyata keçirilməsi perspektivlərinə baxılıb.

Görüşdə gələcək əməkdaşlığın “yol xəritəsi"nin hazırlanmasının məqsədəuyğunluğundan söz açılıb.

İran tərəfi SOCAR-ın təkliflərinə cox ciddi və maraqla yanaşdıqlarını bildirib. Əməkdaşlığın neft hasilatı, neft və neft məhsullarının ticarəti, birgə elmi tədqiqatlar və digər sahələri əhatə edə biləcəyi vurğulanıb. SOCAR prezidenti R.Abdullayev İran Milli Neft Şirkətinin prezidenti R.Cavadini Bakıya səfərə dəvət edib.

İngilis versiyası SOCAR delegation visits Iran

Son xəbərlər

Orphus sistemi