Yuxarı
    Bağlamaq

    SOCAR Novorossiysk limanından ixracı 2 dəfə artırıb

    Şirkət bu il Qara dəniz limanından 489,2 min ton xam neft ixrac edib

    Bakı. 1 may. REPORT.AZ/ Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 489 206 ton xam neft ixrac edib.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, bu həcmin 84 793 tonu aprel ayının payına düşüb.

    İlin dörd ayında Novorossiysk limanından ixrac ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfədən çox artıb.

    Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi