​SOCAR Novorossisyk limanından 559 min ton neft ixrac edib

​SOCAR Novorossisyk limanından 559 min ton neft ixrac edib Şirkət iyulda 80 min tona yaxın xam neft ixrac edib
Energetika
1 Avqust , 2016 17:24
​SOCAR Novorossisyk limanından 559 min ton neft ixrac edib

Bakı. 1 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ilin iyul ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 79 992 ton xam neft ixrac edib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu həcm ötən ilin iyul ayından 52% azdır.

Ümumilikdə, yanvar-iyul ayları ərzində Novorossiysk limanından 559 065 ton neft nəql olunub ki, bu da ötən ilin müvafiq dövründən 34% az olub.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

Qeyd edək ki, SOCAR martın 1-dən etibarən Novorossiysk istiqamətində neft nəqlini bərpa edib. Azərbaycan neftinin 2016-cı ildə Bakı-Novorossiysk kəməri ilə nəqli barədə saziş "Transneft" və SOCAR arasında bu ilin fevralın sonunda rəsmiləşdirilib.

Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi