SOCAR neft və qaz emalının həcmlərini açıqlayıb

Energetika
  • 30 oktyabr, 2023
  • 15:26
SOCAR neft və qaz emalının həcmlərini açıqlayıb

Bu ilin iyul-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 1 milyon 593 min 210 ton neft, 810 milyon 867 min 625 kubmetrə yaxın təbii qaz emal edib.

Bu barədə “Report” SOCAR-ın 2023-cü ilin üçüncü rübünə dair qazma, hasilat, emal və ixrac göstəriciləri ilə bağlı açıqlamasına istinadən xəbər verir.

2022-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə neft emalı 9,2 %, təbii qaz emalı isə 9,7 % azalıb.

Bildirilib ki, rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 592 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə cüzi artım qeydə alınıb.

Qeyd edək ki, SOCAR-ın Heydər Əliyev adına NEZ-i regionun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın “Aİ-92”, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin “Euro-5” standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İstehsalat Birliyinin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Son xəbərlər

Bütün Xəbər Lenti