SOCAR neft-kimya məhsullarının ixracını 8 % artırıb
- 13 avqust, 2024
- 08:57
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycandakı müəssisələrində istehsal olunan 659 min 025 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
“Report” xəbər verir ki, bu barədə SOCAR-ın 2024-cü ilin 2-ci rübünə dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Məlumata görə, bu, 2023-cü ilin ikinci rübünün göstəriciləri ilə müqayisədə ixrac olunan neft, neft-kimya və qaz-kimya məhsulları ötən ilin analoji dövrü ilə müqayisədə 49 min 022 ton və ya 8,04 % artıb.
Qeyd edək ki, 2023-cü ilin aprel-iyun aylarında SOCAR ölkə müəssisələrində istehsal edilən 610 min 003 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edib.