SOCAR neft hasilatını 2,8%, qaz hasilatını 11,4% artırıb

SOCAR neft hasilatını 2,8%, qaz hasilatını 11,4% artırıb 2019-cu ilin III rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1,956 mln. ton neft, 1,801 mlrd. kubmetrdən çox qaz hasil edilib.
Energetika
18 Oktyabr , 2019 12:12
SOCAR neft hasilatını 2,8%, qaz hasilatını 11,4% artırıb

2019-cu ilin III rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1,956 mln. ton neft, 1,801 mlrd. kubmetrdən çox qaz hasil edilib.

“Report”un SOCAR-a istinadən xəbər verir ki, şirkət əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 2,8%, qaz hasilatını isə 11,4% artırıb.

Qeyd edilib ki, hesabat dövründə şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədi ilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub, istismardan çıxarılmış bəzi köhnə quyuların fəaliyyəti bərpa edilib. Cari ilin üçüncü rübündə şirkət üzrə qazma işləri 37 310 metr olub.

Ümumiyyətlə, 2019-cu ilin üçüncü rübündə ölkə üzrə 9,422 mln. tondan artıq neft, 8,687 mlrd. kubmetr qaz hasil edilib. Cari ilin 9 ayı ərzində ümumilikdə 26 mlrd. kubmetr qaz hasil olunub. 

Son xəbərlər

Orphus sistemi