SOCAR metanolun ixrac marşrutlarını şaxələndirmək niyyətindədir

SOCAR metanolun ixrac marşrutlarını şaxələndirmək niyyətindədir Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi SOCAR Methanol MMC istehsal etdiyi məhsulların ixrac marşrutlarını şaxələndirmək niyyətindədir.
Energetika
25 Aprel , 2018 13:52
SOCAR metanolun ixrac marşrutlarını şaxələndirmək niyyətindədir
“SOCAR Methanol” MMC-nin direktoru Elnur Mustafayev / Report/ Firi Salim

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi "SOCAR Methanol" MMC istehsal etdiyi məhsulların ixrac marşrutlarını şaxələndirmək niyyətindədir.

"Report" xəbər verir ki, bunu "SOCAR Methanol" MMC-nin baş direktoru Elnur Mustafayev Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Bakıda keçirilən "Xəzərin və Mərkəzi Asiyanın neft emalı və neft-kimyası-layihələrin həyata keçirilməsi və texniki həllər" adlı konfransda bildirib.

Onun sözlərinə görə, ixrac marşrutunun şaxələndirilməsi üçün metanolun Xəzər dənizindən Qara dənizə nəqlinin artırılması planlaşdırılır: "Hazırda metanolun ixracını SOCAR-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi əsasən SOCAR-ın Kulevi neft terminalından (Qara dəniz, Gürcüstan) həyata keçirir. Xəzər dənizi istiqamətində Volqa-Don kanalı ilə Qara dənizə ixracın həcmini artırmaq niyyətindəyik. Hazırda bu marşrutdan istifadə olunur, amma ixrac həcmləri azdır. Bu həcmləri artırmaq niyyətindəyik. Bu istiqamət daha ucuz olduğundan daşıma xərclərinə də qənaət olunmasına imkan yaradacaq. Amma ixrac marşrutlarının şaxələndirilməsi üçün saxlama həcmini də artırmaq lazımdır". 

MMC-nin baş direktoru həmçinin deyib ki, zavodun metanolu saxlama gücü hazırda 41 min ton təşkil edir və bu həcmin 1,5-2 dəfə artırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi