SOCAR martda Novorossiysk limanından ixracı kəskin artırıb

SOCAR martda Novorossiysk limanından ixracı kəskin artırıb Martda bu limandan 244,6 min ton neft ixrac edilib
Energetika
3 Aprel , 2017 16:51
SOCAR martda Novorossiysk limanından ixracı kəskin artırıb
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Novorossiysk limanından (Qara dəniz, Rusiya) 404 413 ton xam neft ixrac edib.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, I rüb ərzində şirkətin Novorossiysk limanından ixrac etdiyi xam neftin 244 635 tonu mart ayının payına düşüb. Bu göstərici isə ötən ilin mart ayında ixrac olunan həcmdən 3 dəfədən çoxdur.

Qeyd edək ki, Bakı-Novorossiysk kəməri xam neftin şimal istiqamətində nəqli üçün inşa olunub. Bu kəmərlə xam neft Rusiya ərazisindən keçməklə Novorossiysk limanına nəql olunur. Bununla bağlı müvafiq müqavilə 1996-cı il fevralın 18-də Moskvada imzalanıb. İlk neft 1997-ci il oktyabrın 25-də dünya bazarına çıxarılıb.

Son xəbərlər

Orphus sistemi