Naviqasiya mövsümünün başlaması ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti iki neft bunker gəmisini - kiçik və orta ölçülü gəmilərin yanacaq doldurulması üçün hazırlanmış su doldurma stansiyalarını işə salıb.
“Report”un məlumatına görə, bu barədə şirkət özünün “Facebook” səhifəsində məlumat yayıb.
Yanacaqdoldurma məntəqələrindən (YDM) biri Kiyevdə “Muromets” parkının ərazisində, ikincisi isə Odessa vilayətində, “Savinyon” yaxt-klubunun akvatoriyasında yerləşir.
Qeyd edək ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2018-ci ildə fəaliyyətə başlayıb. 2009-cu ildə şirkət Odessa və Nikolayev vilayətlərində “Tala-Nafta” şirkətinin 20-yə yaxın YDM-ni, həmçinin Odessa vilayətindəki “Svitanok” iri neft bazasını əldə edib. 2010-2011-ci illərdə isə Kiyev vilayətindəki ONİO və Lvov vilayətindəki GFC yanacaqdoldurma məntəqələrinin əldə edib.
2012-ci ildə SOCAR Ukraynanın Antiinhisar İdarəsindən “Kalina” şirkətlər qrupuna məxsus 26 YDM və bir neft bazasının əldə edilməsi üçün razılıq alıb. Hazırda şirkətin bütün Ukraynada 26 YDM-i mövcuddur. Həmçinin şirkətin Kiyevdə “Bakı-1” və Odessa şəhərində “Gəncə” adlanan iki neftdolduran bunker gəmisi var.