SOCAR karbamid ixrac etdiyi ölkələri açıqladı

Energetika
  • 08 oktyabr, 2021
  • 08:31
SOCAR karbamid ixrac etdiyi ölkələri açıqladı

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid zavodunda 2020-ci ildə 119,5 min ton karbamid məhsulu istehsal edilib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın saytında dərc olunan şirkətin 2020-ci il üzrə illik hesabatında deyilir.

Hesabata əsasən, bu, 2019-cu ilin göstəriciləri ilə müqayisədə 30,2 % azdır.

2020-ci ildə Karbamid zavodu məhsul istehsalı ilə bağlı proqnoz tapşırığını 18,4 % yerinə yetirib.

İstehsal olunmuş karbamid məhsulundan 109,9 min ton məhsulun satışı həyata keçirilib ki, bu da daha əvvəlki illə müqayisədə 12,5 % azdır.

Bunun 40,5 min tonu daxili bazarda satılıb, 69,4 min tonu isə ixrac edilib. Daha əvvəlki ilin göstəriciləri ilə müqayisədə bu müfaviq olaraq 3,95 dəfə çox və 39,9 % azdır.

Əsas ixrac istiqamətləri Braziliya, Moldova, Kolumbiya, Türkiyə və Gürcüstan ölkələri olub.

Son xəbərlər

Bütün Xəbər Lenti