SOCAR iyunda Ukraynaya 80 min tona yaxın dizel yanacağı tədarük edib

SOCAR iyunda Ukraynaya 80 min tona yaxın dizel yanacağı tədarük edib Bu həcmin 23,4 tonu SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinə təhvil verilib
Energetika
3 İyul , 2021 10:35
SOCAR iyunda Ukraynaya 80 min tona yaxın dizel yanacağı tədarük edib

Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün qurumun Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə təsis etdiyi “SOCAR New Energy” şirkəti iyun ayı ərzində 78,3 min ton dizel yanacağı tədarük edib.

“Report”un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.

Məlumata görə, bu həcmin 23,4 tonu SOCAR-ın Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkətinə təhvil verilib.

Ötən ay Rusiya dizel yanacağının idxalçıları arasında “Bel Petrol Trading” (Motto) və “BRSM-Nafta” şirkətləri də olub. Belə ki, iyunda “Bel Petrol Trading” 17,7 min ton, “BRSM-Nafta” isə 16,3 min ton dizel yanacağı idxal edib.

Həmçinin, 8,1 min ton WOG, 7,3 min ton dizel yanacağı “Libro Trading” şirkəti üçün çatdırılıb. Sonuncu alıcılar isə “Martin Trade”, “BS Oil”(Unimex” və KLO şirkətləri olub. Bu şirkətlərə müvafiq olaraq 2,5 min ton, 2 min ton və 1 min ton dizel yanacağı tədarük edilib.

Son xəbərlər

Orphus sistemi