Yuxarı
    Bağlamaq

    SOCAR itkin düşən və həlak olan neftçilərin ailə üzvlərini işlə təmin edəcək

    Şirkət həmin şəxslərin ailələrinə yardımı davam etdirir

    Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) rəhbərliyinin göstərişi ilə itkin düşən və həlak olan neftçilərin ailələrinin hər birindən bir nəfər bilik və bacarıqları nəzərə alınmaqla işə qəbul olunacaq. "Report"un verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında şirkətin İnsan Resursları Departamentinin rəhbəri Asif Bəkirli deyib. 

    Onun sözlərinə görə, bununla yanaşı SOCAR həmin şəxslərin ailələrinə yardımlar verir.

    A.Bəkirli, həmçinin qeyd edib ki, hazırda itkin düşən neftçilərin axtarışları SOCAR, FHN və Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi