SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 31 %-dən çox azaldıb

Energetika
  • 28 oktyabr, 2024
  • 14:08
SOCAR-ın Türkiyədəki zavodu LPG istehsalını 31 %-dən çox azaldıb

Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR Neft Emalı Zavodu (NEZ) 11 min 250 tona yaxın mayeləşdirilmiş neft qazı (LPG) istehsal edib.

Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən xəbər verir.

Bu, 2023-cü ilin avqust ayı ilə müqayisədə 5 min 144 ton və ya 31,4 % azdır.

Hesabat dövründə Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 93 min 287 tondan çox LPG istehsal edilib ki, bu da 2023-cü ilin avqust ayı ilə müqayisədə 10 min 787 ton və ya 10,4 % azdır.

Qeyd edək ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb. Zavod ildə 13 milyon ton xam neft emal gücünə malikdir. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahib olub.

Son xəbərlər

Bütün Xəbər Lenti